Zəlzələdən uçan obyektə görə - 56 min ödənildi
06 Noyabr, 15:44   |    Baxış sayı: 43

Zəlzələdən uçan obyektə görə - 56 min ödənildi

"Azərbaycan Sənaye Sığorta” ASC daşınmaz əmlakın icbari sığortası üzrə növbəti  böyük sığorta ödənişini həyata keçirib.
 
Şirkətdən verilən məlumata görə, bu il iyunun 5-də Zaqatala rayonunda baş vermiş 5 ballıq zəlzələ nəticəsində Hüquqi şəxsə məxsus binada ciddi ziyan dəyib. Həmin binanın sahibinə ümümilikdə 55 694  manat məbləğində sığorta ödənişi edilib.

Məlumat üçün bildirək ki, "Azərbaycan Sənaye Sığorta”ASC tərəfindən müvafiq sığorta tənzimləyiciləri və müstəqil exspert hadisə yerinə cəlb edilib və təbii fəlakətin fəsadları müəyyən edilərək qiymətləndirilib.