Özəl şirkət hərbi məhsul istehsalına başladı

Özəl şirkət hərbi məhsul istehsalına başladı

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan 100% özəl sərmayəli "Buta Armor” şirkəti Bolqarıstanın dünyada tanınmış "Mars Armor” şirkətinin texnologiyası əsasında zirehli gödəkcələr istehsalına başlayacaq. 
 
Bolqarıstanın «Mars Armor» şirkəti bu sahədə dünyanın 3-cü, Avropanın 1-ci şirkəti sayılır. İki şirkətin yaratdığı xarici ortaqlı müəssisə AMEA Yüksək Texnologiyalar Parkında zirehli jiletlər, dəbilqələr, minaların zərərsizləşdirilməsi və axtarışı üçün zirehli kostyumların istehsalı sahəsində ixtisaslaşıb.

İstehsal prosesində AMEA Polimer İnstitutunin imknalarından, eləcə də yerli polimer istehsalçısı olan SOCAR Polimer-in məhsullarından xammal kimi istifadf ediləcək.

Layihənin sonrakı mərhələsində müəssisə zirehlerin, zirehli plitələrin ixracatçısına çevrilmək niyyətindədir.

Müəssisənin istehsal gücü illik 20-30 min ədəd zirehli gödəkçə, 3-5 min ədəd minazərərsizləşdirici kostyumu, 10-15 min ədəd dəbilqə, 20-25 min ədəd qalxan təşkil edir.

"Buta Armor” NATO, APİ və QOST Standardlarına, beynəlxalq sertifikatlaşmaya malikdir. Onun ortağı olan «Mars Armor» isə  dünyanın 50-dən çox ölkəsinə ixrac edir.«İstehsal etdyimuz bütün məhsullar xidmət göstərən əsgər və zabit tərəfindən hərəkətini məhdudlaşdırmayan və daşınmasında çətinlik törətməyən şəkildə layihələndirilib»-deyə şirkətin məlumatında bildirilir. //Fed.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR