Yeddi ayda BTC ilə 18,8 mln. ton neft nəql edilib

Yeddi ayda BTC ilə 18,8 mln. ton neft nəql edilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləriilə 23 222,5 min ton neft nəql edilib. 

EkoNews-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,9% az olub.

Hesabat dövründə nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 18 814,1 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 3,4% azdır. Dövr ərzində BTC kəməri ilə 2 727,2 min ton (26,6% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və "Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR