Xarici ticarət dövriyyəmiz  20 MİLYARD 701 MİLYON DOLLAR oldu - RƏSMİ

Xarici ticarət dövriyyəmiz 20 MİLYARD 701 MİLYON DOLLAR oldu - RƏSMİ

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 20 701,383 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
EkoNews Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 176,841 milyon dollar və yaxud 25,3% çoxdur.

Yeddi aylıq ticarət dövriyyəsinin 12 267,714 milyon dolları və yaxud 59,3%-i ixracın, 8 433,669 milyon dolları və yaxud 40,7%-i isə idxalın payına düşüb.

Son bir ildə ixrac 1 519,395 milyon dollar və yaxud 14,15%, idxal isə 2 657,446 milyon dollar və yaxud 46% artıb. Xarici ticarətdə 3 834,046 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 1 038,051 milyon dollar yaxud 20,9% azdır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR