Xaricə 307 milyon dollarlıq neft məhsulları satmışıq

Xaricə 307 milyon dollarlıq neft məhsulları satmışıq

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 611 313 ton həcmində neft məhsulları ixrac edib.

EkoNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft məhsullarının dəyəri 306,725 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yeddi ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 3,97%, dəyəri isə 8% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,5% olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR