Valideyndən rüşvət tələb etdiyi deyilən baxça müdirindən açıqlama

Valideyndən rüşvət tələb etdiyi deyilən baxça müdirindən açıqlama

 

Ötən gün Sabunçu rayonu, Ramana kəndində yerləşən 319 sayılı dövlət bağçası ilə bağlı redaksiyamıza daxil olan şikayəti dərc etmişdik. Şikayətdə direktorun valideyndən uşağı bağçaya götürmək üçün 200 manat rüşvət tələb etdiyi bildirilirdi.

Bu gün bağçanın direktoru Mailə Vahabova EkoNews-la əlaqə saxlayaraq bu şikayətin əsassız olduğunu bildirib.

Mailə xanım həmin yaş qrupu üçün bağçada yer olmadığından uşağı qəbul etmədiyini deyib:

"Həmin valideyn iyul ayının 10-u bağçamıza müraciət edib. Həmin gün bağçada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işçiləri olduğu üçün valideynə bu gün onu qəbul edə bilməyəcəyimi və məşğul olduğumu dedim. O, yenə də gözləyəcəyini bildirdi. Agentlik işçiləri getdikdən sonra həmin valideynlə danışdım. Uşağı 2015-ci il təvvəllüdlüdür. Bağçada cəmi 5 boş yer olduğunu və o yerlərin də 2017-ci ilin uşaqları üçün nəzərdə tutulduğunu dedim. Buna görə də onun uşağını qəbul edə bilmədim. Bağça 75 nəfərlikdir. Mən kiminsə uşağını çıxarıb, o xanımın uşağını qəbul edə bilmərəm".

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR