Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb

Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Ukraynanın Müdafiə Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) 13 500 ton dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.

Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12 min ton və ya 9 dəfə çoxdur.

Ümumilkdə isə bu ilin I yarısında Ukraynanın Müdafiə Nazirliyi 72,9 min ton yanacağın tədarük edilməsi ilə bağlı müqavilələr imzalayıb. Bu isə ötən ilin yanvar-iyun aylarında imzalanmış müqavilələrlə müqayisədə 2 dəfə azdır.

Belə ki, hesabat dövründə Ukrayna hərbiçiləri 57,4 min ton yay və qış növləri olan dizel yanacağının tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Bundan başqa, bu müddət ərzində 10,3 min aviasiya kerosini, 4,8 min ton A-95 və 500 ton A-92 markalı benzin alınması üçün müqavilələr imzalanıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-iyun aylarında Ukraynanın Müdafiə Nazirliyi 103,4 min ton dizel yanacağı və 38,4 min ton aviasiya kerosini alıb ki, bu da müvafiq olaraq 44,5% və 3,7 dəfə azdır. 
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR