Ukrayna Ermənistanı ÜTT-yə şikayət etdi
23 Oktyabr, 11:15   |    Baxış sayı: 62

Ukrayna Ermənistanı ÜTT-yə şikayət etdi

Ukrayna Ermənistanla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

"Reuters” xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib. 

Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır. 

Ukrayna Ermənistanla yanaşı Qırğız Respublkasından da təşkilata şikayət edib.

Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: "Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi. 

©Report