Türkiyə İranla bağlı ABŞ ilə danışıqlar aparır
18 Oktyabr, 14:58   |    Baxış sayı: 73

Türkiyə İranla bağlı ABŞ ilə danışıqlar aparır

Türkiyənin TÜPRAŞ (Türkiye Petrol Rafineleri Anonim Şirketi - Dövlət Neft Emalı Şirkəti) şirkəti ABŞ hökuməti ilə bu ölkənin İrana qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra İran neftinin idxalı ilə bağlı danışıqlar aparır.

EkoNews "Reuters"ə istinadən xəbər verir ki,Türkiyə sanksiyalar dövründəki kimi müəyyən müddətlərdə  İran nefti idxal etmək istəyir. ABŞ idxalı dayandırmalarını bildirərsə, buna əməl etməli olacaqlar. Ayın əvvəlindən Türkiyə İrandan ümumi həcmi 3 milyon barel üç partiya neft idxal edib.