Türkiyə ilə Rusiya arasında ticarətin  milli valyuta ilə aparılmasına başlanılıb
15 Oktyabr, 10:21   |    Baxış sayı: 303

Türkiyə ilə Rusiya arasında ticarətin milli valyuta ilə aparılmasına başlanılıb

Antaliyada Rusiya və Türkiyə məhsullarının sərgisi keçirilir.

EkoNews Türkiyə mediasına istinadən xəbər verir ki, sərgidə ilk dəfə olaraq məhsullar yerli valyutalar, yəni lira və rubl ilə satılır.

Sərgidə Türkiyənin 19 firması iştirak edir. Rusiya isə 59 investorla birlikdə 100 firma ilə təmsil olunur.

Türkiyə ilk dəfə milli valyutası ilə satdığı məhsulların həcmini çoxaltmaq niyyətindədir. 
Bu sərgidən başqa digər ölkələrlə də ixrac missiyalarının təşkili nəzərdə tutulub.