Türk lirəsinin dollara tarixi məğlubiyyəti - İNFOQRAFİKA
19 Oktyabr, 10:39   |    Baxış sayı: 176

Türk lirəsinin dollara tarixi məğlubiyyəti - İNFOQRAFİKA

Türkiyə milli valyutası ABŞ dolları qarşısında son 5 ildə yüksək faizlə dəyər itirib. 

EkoNews Türk lirəsının dollar qarşısında ucuzlaşma mərhələrini və səbəblərini araşdırıb. Federal Ehtiyyatlar Sisteminin rəhbəri Bernanke 2013-cü ilin mayın 22-də faiz artımı ilə bağlı mesajlar vermişdi. Elə həmin ayda da Türkiyədə kütləvi aksiyalar oldu. 

Aksiyalardan 3 ay sonra, avqustun 27-də lirə 12 il 6 ay 4 gündən sonra ilk dəfə dollar qarşısında dəyər itirdi.

2015-ci ilin iyunun 7-də lirə sürətlə ucuzlaşaraq 2.80 səviyyəsinə qədər düşdü. Avqustun 20-də isə dollar bir qədər də bahalaşaraq rekord lirə üçün rekord məzənnə formalaşdırdı. 1 dollar 3 lira səviyyəsi Türkiyədə aksiyalara səbəb olmuşdu.

2016-cı ilin 15 iyul hadisələrindən sonra lirə bir qədər ucuzlaşaraq 3.05 səviyyəsinə çatdı.

2016-cı ilin noyabrın 8 də ABŞ hökümətində Donald Trampın prezident seçilməsi ilə inkişaf edən ölkələrə təzyiqlər olundu. Bu hadisədən sonra 1 dollar 3.29 səviyyəsinə yüksəldi.

2017-ci ilin oktyabr ayından etibarən ABŞ ilə Türkiyə arasında viza rejimi tətbiq olundu və bunun nəticəsində lira 3.85 səviyyəsinə qədər ucuzlaşdı. 

Bu ilin mart ayında 1 dollar 4 lira olub. 

Cari ilin may ayında isə isə artıq lira 4.92 səviyyəsinə qədər ucuzlaşmışdı.

Rahib Bransonun Türkiyədə həb edilməsindən sonra ABŞ Türkiyə münasibətləri pisləşdi və Türkiyə dollardan imtina etdi. Bu hadisədən sonra lira 6 səviyyəsini ötüb keçsə də, hazırda 5.61 səviyyəsindədir.