14 Oktyabr, 10:00   |    Baxış sayı: 189

"Telegram"ın işində problem yaranıb

Dünyanın bir sıra regionlarında "Telegram" messencerinin işində problem yaranıb.

Bu barədə messencerin "Twitter" mikrobloqunda məlumat yayılıb.

"Bizim klaster serverlərindən biri işləmir. Bu, Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrinə aid ola bilər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mütəxəssislər hamını şəbəkəyə qaytarmaq üzərində işləyirlər.

©Report