Telefonunuzda bu PİN kodları istifadə etməyin (SƏBƏB)

Telefonunuzda bu PİN kodları istifadə etməyin (SƏBƏB)

Bütün dünyada telefon istifadəçilərinin 26%-nin eyni PİN kodlardan istifadə etdiyi məlum olub.

EkoNews xarici mediaya istinadən xəbər verir ki, mərkəzi ofisi ABŞ-da olan Sans İnstitunun araşdırmalarını açıqlayan mütəxəssislər insanları ən çox istifadə edilən 20 PİN kodu dəyişdirməyə çağırıb.

Araşdırma zamanı istifadə edilən bu kodların telefonların 100/26-nı aça bildiyi məlum olub. Bu da həmin telefonların itməsi və ya oğurlanması zamanı cihazın sahibi haqqında heçnə bilməsələr də həmin kodları istifadə edərək telefonu aça bilmələri deməkdir.
 
Mütəxəssis Jake Moore-nün sözlərinə görə insanlar telefonlarına kod qoyan zaman onlar üçün anlamlı olan il və ya tarixi qoyurlar. Əksərən  dördrəqəmli kodlarda il, altırəqəmli kodlarda isə xüsusi tarix qoyulur. Bu texniki baxımdan doğru deyil. Kod seçərkən sizin üçün heç bir mənası olmayan il və tarix seçilməlidir. 

Mütəxəssislərin açıqladığı kodlar isə aşağıdakılardır:
0000, 1004, 1010, 1111, 1122, 1212, 1234, 1313, 2000, 2001, 2222, 4444, 3333, 4321, 5555, 6666, 6969, 7777, 8888, 9999.
Mütəxəssislər həm də bütün bu təhlükəsizliyi nəzərə aldıqdan sonra son olaraq İOS sistemləri üçün "İphone-mu tap” , Androidlər üçün isə "Cihazımı tap” funksiyasını aktiv edərək, telefonlarımız itdiyi zaman onda olan bütün məlumatları silə biləcəyimizi bildirib.

Günay


 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR