Təhsil Nazirliyi Gürcüstanda Azərbaycandilli məktəblərə 20 mindən çox dərs vəsaiti göndərib

Təhsil Nazirliyi Gürcüstanda Azərbaycandilli məktəblərə 20 mindən çox dərs vəsaiti göndərib

Azərbaycan Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün Gürcüstandakı Azərbaycandilli məktəblərə I-XI siniflər üçün 21 adda 20 622 ədəd Azərbaycan dili və ədəbiyyatı kitablarını, eləcə də müəllimlər üçün metodik vəsait göndərib.

Vəsaitlər Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib.

Dərsliklər Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycandilli məktəblərə paylanılacaq. 

Qeyd edək ki, dərsliklərin mübadiləsi Azərbaycan və Gürcüstan birgə İqtisadi komissiyasının 2011-ci ildə baş tutmuş VII iclasının protokoluna əsasən aparılıb. Dərs vəsaitlərinin 4 il üçün istifadə olunması nəzərdə tutulub. Dərsliklər Gürcüstana ayrılmış kvotalara uyğun ayrılıb.  Bu təcrübənin növbəti illərdə də davam etdiriləcəyi bildirilib. 
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR