Şuranın dəstəyi ilə Bloggerlər üçün unikal sayt yaradılır

Şuranın dəstəyi ilə Bloggerlər üçün unikal sayt yaradılır

"Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bloggerliyin innovativ inşkişafı mərkəzi layihəsinə start verib.

Bu barədə saytımıza təşkilat sədri Nazim Əliyev məlumat verib: "Layihənin əsas məqsədi cəmiyyəti bloggerliyin mahiyyəti, funksionallığı və əhəmiyyəti ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz layihə çərçivəsində bloggerlik nəzəriyyəsi ilə bağlı cəmiyyəti maarifləndirməyi, əhali arasında bloggerliyi təbliğ etməyi, bloggerliyin müasir dünyamızdakı rolunu izah etməyi, bloggerliklə bağlı beynəlxalq təcrübəni ölkəmizə tətbiqetmənin yollarını araşdırmağı, milli məfkurəyə əsaslanan yeni nəsil bloggerlər yetişdirməyi qarşıya məqsəd kimi qoymuşuq. Layihə çərçivəsində Blogum.az saytı yaradılacaq. Artıq layihə çərçivəsində sosial şəbəkədə səhifə yaradılıb. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR