Sosial yardım alan ailələrin əmlakı dövlət tərəfindən sığorta olunmalıdır, amma .... (Ekspert)
01 Oktyabr, 12:01   |    Baxış sayı: 147

Sosial yardım alan ailələrin əmlakı dövlət tərəfindən sığorta olunmalıdır, amma .... (Ekspert)

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilin statistikasına görə, təxminən 80 mindən artıqdır.  Bu da o deməkdir ki, 80 min ailə eyni zamanda dövlətin hədiyyə etdiyi "daşınmaz əmlakının icbari sığortası ”nı almaq hüququ qazanıb. Bəs ona məxsus əmlakda sığorta hadisəsi baş vermişsə, bu necə tənzimlənəcək?

Ünvanlı sosial yardım alan insanların əmlaklarının sığortalanması haqqında EkoNews-a danışan sığorta eksperti İlkin İbrahimov bu haqda insanların məlumatsız olduqlarını və aidiyyatı qrumların da mövzu haqqında heç bir məlumat vermədiyini deyib.

"Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı - Dövlət Sosial Müdafiə Fondu tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Lakin maraqlı bir fakt ondan ibarətdir ki, bu gün nə Dövlət Sosial Müdafiə Fondu, nə də İcbari Sığorta Bürosu ünvanlı dövlət sosial yardım alan ailələrin əmlakının sığorta olunması, onlara nə qədər sığorta kompensasiyası verilməsi barədə məlumatları yaymır”.