Smart qaz sayğaclarının balansını artırmağın YENİ ÜSULU
09 Noyabr, 09:32   |    Baxış sayı: 179

Smart qaz sayğaclarının balansını artırmağın YENİ ÜSULU

"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.
 
Bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.
 
İ. Kərbalayev deyib ki, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:
 
"Bununla yanaşı, mexaniki qaz sayğaclarından istifadə edən abonentlər "Azəriqaz" İstehsalat Birliyinin saytına daxil olmaqla onlayn qaydada borcunu ödəyə və öyrənə bilərlər. Abonentlər onlara təqdim edilən bildirişdə göstərilən abonent kodu vasitəsilə bu prosesi həyata keçirə bilirlər". //Trend