Sığorta şirkətlərinin reytinqini müştəriləri müəyyən edəcək
20 Sentyabr, 10:44   |    Baxış sayı: 32

Sığorta şirkətlərinin reytinqini müştəriləri müəyyən edəcək

"Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin internet səhifəsində (www.asa.az) "Şirkətlər üzrə rəy” bölməsi istifadəyə verilib.

ASA-dan EkoNews-a verilən məlumata görə, bölmə istehlakçıların sığorta şirkətləri barədə həm müsbət, həm mənfi rəylərini bildirməsi üçün nəzərdə tutulub.

Həmin rəylər müvafiq qaydada araşdırılacaq və doğruluğunun təsdiq edilməsindən sonra haqqında bəhs edilən şirkətə müvafiq bal veriləcək. Bu funksiya sığorta şirkətlərinin müştərilərə göstərdikləri xidmətlər əsasında onların reytinqinin müəyyənləşdirilməsi, sığortaçılarla sığortalılar arasında yaranan mübahisələrin həllinə nail olunması, həmçinin, mənfi qiymətləndirilən halın aradan qaldırılması yolu ilə şirkətlər arasında rəqabətin artımına və beləcə, sığorta bazarının inkişafına təkan verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.