Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 23,2 mlrd. manat təşkil edib

Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 23,2 mlrd. manat təşkil edib

Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib.

EkoNews Bakı Şəhər Statistika İdarəsinə istinadəla xəbər verir ki, sənaye məhsulunun 80,9%-i mədənçıxarma, 17,1%-i emal, 1,4%-i  elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9% təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2019-cu il vəziyyətinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR