04 Aprel, 15:26   |    Baxış sayı: 385

"Sahibkarlara maddi yardım sabahdan veriləcək" - NAZİR

"Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara maddi yardım çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq.
 
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.

"Sahibkarlar ərizə ilə müraciət edib, "Kapital Bank” və ya "Turan Bank” kartları vasitəsilə bu xidmətdən yararlana biləcəklər. Banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər və heç bir komissiya tutulmayacaq", - deyə nazir bildirib. //Ona.az