Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzadacaq

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzadacaq

Rusiya və Səudiyyə Ərəbistanı OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı razılaşmasının müddətinin 6-9 ay uzadılması barədə razılığa gəliblər.


Bu barədə Osakada keçirilən G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşən Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.


"Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasını dəstəkləyəcək. Bu müddət 6 və ya 9 ay olacaq". 

 

Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR