Qubadakı “Soyqırımı memorial kompleksi”nin işçilərinin maaşları artırılıb

Qubadakı “Soyqırımı memorial kompleksi”nin işçilərinin maaşları artırılıb

Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində "Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

EkoNewsxəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, "Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları artırılaarq aşağıdakı kimi olub:

Sıra№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı(manatla)

1.

Direktor

1000

2.

Direktorun müavini

845

3.

Şöbə müdiri

690

4.

Baş mühafizəçi

630

5.

Aparıcı mütəxəssis

600

6.

Mütəxəssis, bələdçi

585

7.

Zal nəzarətçisi

555

8.

Baş mühasib

540

9.

Elektrik montyoru

430

10.

Mühəndis-mexanik, kompüter, foto-video mühəndisi

475

11.

Anbardar, aqronom

385

12.

Avtomobil sürücüsü

320

13.

Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

290

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR