Qubada itkin düşən azyaşlı tapıldı

Qubada itkin düşən azyaşlı tapıldı

Quba rayonunda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan EkoNews-a verilən məlumata görə, iyunun 25-də gecə saat 3 radələrində rayon sakini Ceyhun Cəfərov Quba Rayon Polis Şöbəsinə (RPŞ) azyaşlı uşağının itməsi barədə məlumat verib. 

Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-yə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni Ceyhun Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR