Quba, Qusar və Xızıya 10 santimetr qar yağıb - FOTOLAR

Quba, Qusar və Xızıya 10 santimetr qar yağıb - FOTOLAR

Yanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

Dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.

Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü 10 santimetrə çatır. //AzərTac
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR