Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur.

Bunu İranın Milli Qaz Şirkətinin rəsmisi Mehdi Cəmşidi Dana deyib.

M.Cəmşidi Dananın sözlərinə görə, bu göstərici isə 5 milyon barel xam neftə bərabərdir. o, əlavə edib ki, İranın qaz şəbəkəsi yetərinə böyükdür və qaz nəqli çox yaxşı formada həyata keçirilir:

"İranda 30 min kilometrdən çox boru xətti, 82 qaz təzyiqini gücləndirmə stansiyası, 296 turbo-kompressor mövcuddur”.

M.Cəmşidi Dananın sözlərinə görə, İranın qaz nəqli şəbəkəsi xətlər və avadanlıqların həcmi baxımından Asiyada birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb: "İran qaz nəqli baxımından dünyada rəqibsizdir”.
 
Trend

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR