Qanunsuz qum daşınmasına qarşı – REYDLƏR BAŞLADI
09 Noyabr, 09:35   |    Baxış sayı: 21

Qanunsuz qum daşınmasına qarşı – REYDLƏR BAŞLADI

Azərbaycanda dənizkənarı ərazilərdə qanunsuz qum daşınması hallarına qarşı reydlərə başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən EkoNews-a verilən məlumata görə, reydlər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilir.
 
Eyni zamanda bildirilir ki, İmişli, Kürdəmir, Ağstafa, Qazax, Saatlı, Sabirabad, Hacıqabul, Qazax və Saatlı rayonlarında elektrik avadanlığı, partlayıcı maddələr və kimyəvi dərmanlarla balıq ovu kütləvi hal aldığından bu rayonlarda reydlər davam etdiriləcək və daha da gücləndiriləcək.