19 Oktyabr, 15:46   |    Baxış sayı: 84

"Qala Sığorta"nın ödənişlərinin həcmi 6 dəfə artıb

"Qala Sığorta" 2018-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən EkoNews-a verilən məlumata görə, bu ilin 9 ayında "Qala Sığorta” şirkəti tərəfindən 11 557 869 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4 011 062 manat və ya 53,2% çox olub.

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 9 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 1 308 248 manat sığorta ödənişi verilib.
 
Ötən ilin müvafiq dövründə isə bu göstərici 200 419 manat olub. Nəticədə, illik müqayisədə sığorta ödənişlərinin həcmi 1 107 829 manat və ya 6,3 dəfə artım olub.