Problemli kreditilərlə bağlı DAHA BİR YENİLİK - Əhalinin xeyirinə...
18 Mart, 13:38   |    Baxış sayı: 2021

Problemli kreditilərlə bağlı DAHA BİR YENİLİK - Əhalinin xeyirinə...

Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılacaq. Komitədə müvafiq dövlət strukturlarının, bankların, eləcə də cəmiyyət nümayəndələrinin iştirakı planlaşdırılıb. 

Məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası da təsdiqləyib.

Palatadan aldığımız məlumata görə, məqsəd prosesin həyata keçirilməsi zamanı yarana biləcək hər hansı narazılıqların obyektiv şəkildə həllinə nail olmaqdır.

Qeyd edək ki, fərman 800 000 nəfəri əhatə edir və iş prosesində də ola bilsin ki, cüzi problemlər yaransın. Bu halda hər bir şəxsin apellyasiya hüququ olacaq. Əgər nəzərə alsaq ki, bu gün problemli kreditlərlə bağlı kredit tarixçəsi olan minlərlə insan banklardan çıxarış alıblar.

Eləcə də bax:Azərbaycanda bankların etibar etdiyi və etmədiyi müştərilər - SİYAHI

Kompensasiya ya restrukturizasiya ilə bağlı qeyd edilən məbləğlə özünün əldə etdiyi hesabdan çıxarışla uzlaşma vaxtı hansısa suallar yarana bilər. O suallarla əlaqədar araşdırmanı məhz xüsusi Apellyasiya Komitəsi aparacaq.

Müraciət əsasında vətəndaşın suallarına cavab veriləcək, qeyd olunan məbləğin düzgün hesablanıb-hesablanmadığı, arada nəsə fərqlər varsa, ona da aydınlıq gətiriləcək. //Oxu.az