Prezident İlham Əliyev nazirləri topladı - İCLAS KEÇİRİLDİ
11 Yanvar, 11:56   |    Baxış sayı: 480

Prezident İlham Əliyev nazirləri topladı - İCLAS KEÇİRİLDİ

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Banker.az xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış etdilər.