Prezident əsas iqtisadi göstəriciləri açıqladı - 45 MİLYARD DOLLARA ÇATIB
11 Yanvar, 14:49   |    Baxış sayı: 117

Prezident əsas iqtisadi göstəriciləri açıqladı - 45 MİLYARD DOLLARA ÇATIB

Ötən il Azərbaycanda ümumi daxili məhsul 1,4% artıb. 

 

Bunu dövlətimizin başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

İlham Əliyev əlavə edib ki, ötən il qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1.5%, kənd təsərrüfatı isə 4,6% artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb. Ölkədə 118 min daimi iş yeri yaradılıb.