POS-terminalların sayı  0,7 faiz artlb

POS-terminalların sayı 0,7 faiz artlb

Azərbaycan ərazisində 2018-ci ilin 11 ayı ərzində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 65,912 min ədəd təşkil edib.
  
POS-terminalların 38,602 mini Bakı şəhərində, 27,31 mini isə regionlarda yerləşir.
 
Pərakəndə ticarət obyektlərində 64,517 min ədəd POS- terminal quraşdırılıb ki, bu da bütün POS-terminalların 97,9 faizi deməkdir.
 
2018-ci ilin qeyd olunan dövrü ərzində banklar tərəfindən 2,49 min ədəd bankomat quraşdırılıb ki, onların da 1,322 mini Bakıda, 1,168 mini isə bölgələrdə fəaliyyət göstərir. //Fed.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR