Plastikdən elektromobil hazırlanıb
29 Sentyabr, 12:24   |    Baxış sayı: 212

Plastikdən elektromobil hazırlanıb

Yapon tədqiqatçılar və mühəndislər qrupu tərəfindən tamamilə sintetik plastikdən elektromobil hazırlanıb.

Yeni elektromobil sentyabrın 28-də Tokioda ictimaiyyətə təqdim edilib. Onun Nazirlər Kabinetinin rəhbərlik etdiyi innovativ texnologiyalar proqramı çərçivəsində hazırlandığı bildirilir.

Futuristik dizaynda hazırlanan elektromobilin uzunluğu təqribən 4 metrdir. Plastikdən olan innovativ hissələr korpusun 90 faizini təşkil edir. Elektromobil adi maşınlardan 40 faiz yüngüldür.

Mühəndislərin bildirdiyinə görə, avtomobilə lazımi möhkəmliyi vermək üçün bir neçə müxtəlif plastik növü qarışdırılıb.