Peşə məktəblərinə sənəd qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Peşə məktəblərinə sənəd qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Bu gün 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. 

Təhsil Nazirliyindən EkoNews-a verilən məlumata görə, nəticələrə əsasən, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. 

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR