Palataya 12 min müraciət daxil olub

Palataya 12 min müraciət daxil olub

2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına istehlakçıların və investorların 11 915 müraciəti daxil olub.

Bu barədə Nazirlər Kabinetinin ötənilki hesabatında bildirilir.

Sənədə əsasən, müraciətlərin 9 374-ü və yaxud 78,7%-i bank, 2 160-ı və yaxud 18,1%-i sığorta, 381-i və yaxud 3,2%-i isə qiymətli kağızlar sektoru ilə bağlı olub.

Palata şikayətləri araşdırdıqdan sonra nəzarət subyektlərinə 613 icrası məcburi olan göstəriş verib. Bunun 314-ü kapital bazarları, 287-si sığorta sektoru, 12-si isə bank sektoru ilə bağlı olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR