Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq

Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq

Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə payız aylarında Oğuz rayonunda daha 300 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Beləliklə, son illər rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2 min hektara çatdırılacaq.
 
Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Artıq bağlarda builki mövsümün ilk məhsulunun yığımına başlanılıb.
 
Ötən il Oğuzun fındıq bağlarından 1 min 106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb. / AZƏRTAC

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR