Oğurlanan pullar geri qaytarılacaq

Oğurlanan pullar geri qaytarılacaq

"Bitpoint” ticarət platformasının mütəxəssisləri təhlükəsizlik sistemlərini yoxladıqdan sonra birja vəsaitlərin girişi və çıxışı bərpa edilib.

EkoNews xəbər verir ki, marja ticarəti avqustun 9-da, spot ticarəti isə 13-də başlayacaq.

Xatırladaq ki, ticarət platformasından 28 milyon dollardan çox "bitkoin”, "efir” və "lokkoinQ” oğurlanıb. "Hack”dən sonra rəhbərlik saytla əlaqənin bütün imkanlarını sözün həqiqi mənasında bağlamaq qərarına gəlib.

Oğurlanan pulun əksəriyyəti istifadəçilərə məxsus idi. Rəhbərlik, yaxın gələcəkdə hər şeyin geri qaytarılacağını qeyd edib.

Faktla bağlı araşdırma davam edir. indiyə qədər qəsbkarların izi hələ də aşkar edilməyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR