OPEC neft qiymətləri haqda danışmayacaq
17 Oktyabr, 19:15   |    Baxış sayı: 111

OPEC neft qiymətləri haqda danışmayacaq

OPEC üzv dövlətlərini neft qiymətləri haqda danışmamağa çağırıb.

EkoNews "Reuters"ə istinadən xəbər verir ki, təşkilat ABŞ-ın qərəzli mövqe sərgilədiyini və antiinhisar iddialar irəli sürdüyünü bəyan edib.

OPEC üzv dövlətlərinə ABŞ-da təşkilata qarşı yönələn NOPEC qanun layihəsinin qəbulunu əngəlləmək üçün diplomatik lobbiçilik kanallarını araşdırmaq məsləhət görülüb. Tövsiyələr avqustun 1-də OPEC Katibliyi tərəfindən üzv ölkələrə göndərilən məktubda da yer alıb.

OPEC-ə yaxın mənbələrə görə, iyul ayında təşkilatın ali rəhbərləri Vyanada beynəlxalq hüquq məsələlərində ixtisaslaşan "White & Case” təşkilatının nümayəndələri ilə görüşərək NOPEC qanun layihəsini müzakirə ediblər. Həmin görüşdə qarşı tərəf OPEC rəhbərlərinə neft qiymətləri məsələsinin açıq müzakirəsindən yayınmağı, daha çox neft bazarının dayanıqlı olmasından bəhs etməyi tövsiyə ediblər.