OPEC+ ölkələri 10-12 iyulda görüşə bilər

OPEC+ ölkələri 10-12 iyulda görüşə bilər

OPEC və qeyri-OPEC ölkələri neft hasilatı üzrə qərarın qəbul edilməsi məqsədilə görüşün 10-12 iyul tarixlərində Vyanada keçirilməsi məsələsini müzakirə edir.

EkoNews "APA-Economics”-a istinadən verdiyi məlumata görə, Nazirliklərin Birgə Monitorinq Komitəsinin görüşü iyulun 10-da, OPEC ölkələri nazirlərinin görüşü iyulun 11-də, OPEC və qeyri-OPEC ölkələri danışıqları isə iyulun 12-də keçirilməsi təklif olunur.

Qeyd edək ki, OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması üzrə görüşün tarixini razılaşdıra bilmirlər. İran Səudiyyə Ərəbistanının görüşün 3-4 iyul tarixlərində keçirməsi təklifinə qarşı çıxıb. İranın neft naziri Bijan Namdar Zangan Rusiya Enerji naziri Aleksandr Novak ilə görüşündən sonra OPEC+ yığıncağını 25 iyundan başqa tarixə keçirilməsinə razılığını bildirib. O, tədbirin 10-12 iyul tarixləri arasında keçirilməsini təklif edib.
REKLAM

limak.az

Daha ətraflı

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Görüş zamanı  tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb ya uzadılmaması barəsində bir qərara gəlməlidirlər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR