Onun 6 min işçisi var - Məktəbi bitirməyən biznesmenin UĞUR HEKAYƏSİ
06 Noyabr, 15:30   |    Baxış sayı: 309

Onun 6 min işçisi var - Məktəbi bitirməyən biznesmenin UĞUR HEKAYƏSİ

İshaq Alaton deyir ki, "Sizi narahat etsə də, özünüzə bəzi suallar verin.”

O, türk iş adamıdır, "Alarko" Holdinqin İdarə Jeyətinin sədridir.Yoxsulluq və çətinliklər səbəbindən məktəbi bitirə bilməyib. Ailəsinə baxa bilmək üçün bir şirkətdə kuryer işləyib.
 
"Volvo" avtomobillərini idxal edən şirkət vasitəsilə İsveç konsulu ilə tanış olduqdan sonra həyatı tamam dəyişib. O, İsveçdə bir lokomotiv fabrikində qaynaqçılıq etməyə başlayıb.

Bu, İshaq Alatonun dünya görüşünün şəkilləndirib, ictimai demokratiya ilə tanış oldub. Alaton insan hüquqlarına hörmət, qazancın digər dünya ölkələrinə görə mükəmmələ yaxın olduğu İsveçə heyran qalıb.

28 yaşında Türkiyəyə dönərək Üzeyir Garih ilə birlikdə Banklar prospektində "Vefai Han"da bir otaqda ortaq iş qurub. 2000-ci ildə isə yaradılmasının 46-cı ilini qeyd edən və 6 min işçisi olan "Alarko" Holdinqin təməlini atıb.

Onun uğurunun sirri prinsipləridir.

İshaq Alaton deyir: "Plan qurmaq sizin üçün heç bir önəm kəsb etməyə bilər. Bu yerdə ingilislərin bir atalar sözünü deməklə kifayətlənirəm: "Çatacağı limanı bilməyən yelkənli qayıqçı üçün heç bir külək əlverişli deyildir”. Siz hədəfinizi arzu və istəklərinizə görə müəyyənləşdirməmisinizsə, maddi və mənəvi sərvətiniz heç bir işə yaramayacaqdır.
 
İndi dərin bir nəfəs alın, güzgünün qarşısına keçin və uzun bir müddət gözlərinizin içinə baxın.
 
Özünüzü tapmağa və tanımağa çalışın. Sizi narahat etsə də, özünüzə bəzi suallar verin. Keçmiş günlərdə yaşanan bəzi xoşagəlməz hadisələri yenidən xatırlayın. Bunların pis nəticələrində sizin payınızın nə qədər olduğunu müəyyən etməyə çalışın və mümkün qədər tərəfsiz olun. Daha sonra bu suallara cavab verməyə çalışın: Bugünkü çalışdığınız iş sizə uyğundurmu? Sizə həyəcan verirmi? Hər gün yeni bir şey öyrəndiyinizi və  bunları hər gün daha yaxşı istifadə edib, müsbət nəticələr əldə etdiyinizi hiss edirsinizmi?"