Növbəti İdeyadan Biznesə düşərgəsi nə vaxt keçiriləcək?
29 Avqust, 18:29   |    Baxış sayı: 47

Növbəti İdeyadan Biznesə düşərgəsi nə vaxt keçiriləcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən növbəti İdeyadan Biznesə (I2B) düşərgəsi 28-30 sentyabr 2018-ci il tarixlərində, Şəki şəhərində yerləşən Marxal otelində keçiriləcək.

EkoNews məlumat verir ki, I2B düşərgəsi — Azərbaycanda regional I2B şəbəkəsinin inkişafı məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı – YT Park MMC tərəfindən startaplar, texnoparklar, yenilikçi sahibkarlıq və sürətləndirmə mərkəzlərinin nümayəndələri üçün yaradılmış unikal platformadır.

Belə ki, müvafiq düşərgənin əsas mövzusu Startaplar öndə – biznesin inkişafında olan maneələrin aradan qaldırılması-dır. Nəticə etibarilə, I2B düşərgəsində Azərbaycanda startaplar üçün ən vacib problemlər və imkanları əhatə edən bir gündəliyin razılaşdırılması planlaşdırılır.