Növbəti depozit hərracı elan edildi - Mərkəzi Bank
08 Noyabr, 11:43   |    Baxış sayı: 21

Növbəti depozit hərracı elan edildi - Mərkəzi Bank

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

EkoNews xəbər ki, 12 noyabr 2018-ci il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.  

Müddət 14 gün, faiz dərəcəsi 7,76% –  9,74% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 05.11.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 291,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir.