"Nokia" yeni "2720 Flip" modelini təqdim edib - VİDEO

"Nokia" şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelini buraxılışını elan edib.

Bu barədə "Nokia" markasının hüquqlarına malik "HMD Global" şirkətinin saytında yayılmış press-relizdə bildirilir.

Telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib. "Nokia 2720 Flip" 2,8 düymekranına malikdir, "WhatsApp" və "Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib. Qurğunun üz tərəfində həmçinin kiçik ekran var.

Qeyd edilir ki, "Nokia 2720 Flip" özündə əvvəlki "qatlanıb-açılma" dizaynını, sadəliyi və etibarlılıq dizaynını birləşdirir. Yeni modelin satışına bu ay başlanılacaq.

O göy, qara və çəhrayı rənglərdə satışa buraxılacaq. "HMD Global"-ın bildirdiyinə görə, yeni modelin qiyməti 89 avro təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR