Necə oldu ki, Azərbaycan malı ABŞ-da ən yaxşı satıldı?  - ŞİRKƏT RƏHBƏRİ DANIŞIR

Necə oldu ki, Azərbaycan malı ABŞ-da ən yaxşı satıldı? - ŞİRKƏT RƏHBƏRİ DANIŞIR

Xəbər verildiyi kimi, Azərbaycanın «Aznut» şirkətintni məhsulları dünyanın ən böyük satış platforması olan Amazonda məhsulların ən yaxşı satıldığı şirkətlər arasında 1-ci yeri tutub. Bunu «Aznut»un təsisçisi və sahibi Samir Kazımlı bildirib. 

«Bizim fındıq, üzərində doğma Bakımızın şəkli olan qablaşdırmada ABŞ-ın top-200 şirkəti arasında satışlara görə 1-cidir. İşə cəmi bir il əvvəl başlasaq da, komandamızın sayəsində buna nail ola bildik və çox xşbəxtəm»-deyə S.Kazımlı yazıb. 

S.Kazımlı FED.az-a bildirib ki, şirkət bununla kifayətlənməyəcək və həm fəaliyyətini genişdəndirmək, həm də yeni məhsulların satışan başlamaq qiyyətindədir. 

Qeyd edək ki, «Aznut» 2016-cı ildə ABŞ-ın Florida ştatında Mayami şəhərində qurulub. S.Kazımov şirkətin tarixçəsi haqqında danışanda bildirir ki, şəxsən mən ABŞ-da çox insan kimi qoz-fındıq və quru meyvələri sevirəm: «Fındıq və qurudulmuş meyvələr yemək çox sağlam vərdişdir». Bunu və həmin məsulların ABŞ-da böyük bazarının olduğunu nəzərə alaraq şirkət ABŞ-da fındıq və quru meyvələrin satışına başlamağı qərara alıb. 
Məhsulların ABŞ-a gətirilərək burada qablaşdırmaq üçün Mayamidə istehsal sahəsi yaradılıb və istehsala başlanıb. «Aznut»un ABŞ-a gətirdiyi bütün məhsullar FDA, USDA və NON-GMO tərəfindən sertifikatlaşdırılan Amerika keyfiyyət standartlarına uyğun həyata keçirilir və bundan sonra təhlükəsizliyi təmin edən müasir texnika ilə təchiz olunmuş obyektlərdə qablaşdırılır. 

«Aznut» ABŞ-da təkcə fındıq deyil, ərik, yəni qaysı qurusu da satır. Bunlar sarı (kükürdlü) və qara (kükürdsüz) növlərdir. Beləliklə hazırda «Aznut»un ABŞda 2 məhsulu var, qovrulmuş və qovulmamış fındıq, və iki növ ərik (sarı və qara).  

Şirkət rəhbəri bildirir ki, Amazonda satışların lideri olmasının səbəbi malların keyfiyyəti, qablaşdırması və təqdimatı, müştəri yönümlülüyi, eləcə də «Amazon»da sifariş olunan məhsulların vaxtında çatdırılması ilə bağlıdır. 

Yeri gəlmişkən, «Aznut»un məhsulları təkcə Amazonda deyil, ABŞ-ın əksər saış şəbəkələrində, o cümlədən Nyu-Yorkdakı marketlərdə də satılır. Fevraldan isə şirkətin məhsulları ABŞ-da orqanik – təbii məhsuların satışı üzrə ixtisaslaşmış «Holl fuds» marketlər  şəbəkəsində də satışa çıxarılacaq. Bu mağazalarda yalnız orqanik məhsullar satılır. 

2019-cu ildən isə «Aznut» ABŞ-da qoz və püstə satışına başlayacaq.  Şirkətin Mayamidə qurulan istehsal müəssisəsi, çox müasirdir, burada 14 nəfər çalışır. 

«Əsas məqsədlərimizdən biri xaricdə, daha dəqiqi ABŞ-da «Made in Aerbaijan» brendini tanıtmaq idi. 
Buna nail olduq, ilk şirkətik ki, «Made in Aerbaijan» olaraq ilk məhsulumuz ABŞ-da satılır. Məqsədimiz «Azərbaycan məsulları Amerikanı fəth etsin»dir»-deyə Samir Kazımli bildirir.. 

Hazırda «Aznut» şirkətin nümayəndəliklərini genişləndirməyə hazırlaşır, plana görə, ABŞ-ın əsas ştatlarında şirkətin nümayəndəlikləri olacaq. Bu il ərzində ilk nümaynədəlik Nyu-Yorkda açılacaq. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR