Ümumdünya Gömrük Təşkilatı Bakıda konfrans keçirir

Ümumdünya Gömrük Təşkilatı Bakıda konfrans keçirir

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları 3 günlük Konfransı və Sərgisi (WCO IT/TI Conference Exhibition) işə başlayıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, "Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçirilən tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan edilib.

Məktubu baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb. O, bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əmindir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR