“Muğanbank”ın səhmdarlarından 10 milyon manatlıq qərar
07 Noyabr, 12:11   |    Baxış sayı: 18

“Muğanbank”ın səhmdarlarından 10 milyon manatlıq qərar

"Muğanbank” ASC-nin Səhmdarların ümumi yığıncağı keçirilib.
 
EkoNews xəbər verir ki, iclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə  kapitalının 10 milyon manat artırılması qərara alınmışdır.

Yerləşdirmədən sonra "Muğanbank” ASC-nin nizamnamə kapitalı 85 milyon manatdan 95 milyon manata yüksələcək.
 
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
 
"Muğanbank"ın səhmdarları:
63,50% - ELMİR MEHDİYEV
13,10% - MAQBET MEHDİYEV
12,05% - VƏFA VƏLİYEVA
11,35% - FƏRİDƏ MEHDİYEVA