Mobil telefon nömrəniz bank hesabınız olacaq - YENİLİK
21 Dekabr, 16:09   |    Baxış sayı: 280

Mobil telefon nömrəniz bank hesabınız olacaq - YENİLİK

Azərbaycanda ilk dəfə "Bakcell" abunəçiləri üçün "Elektron pul kisəsi xidməti" (E-Wallet) istifadəyə veriləcək.
 
EkoNews xəbər verir ki, bu barədə şirkətinin əlavə dəyər xidmətləri üzrə şöbə müdiri Fərəh Allahverdiyeva məlumat verib. O qeyd edib ki, hər bir abunəçinin mobil nömrəsi həm də onun bank hesabına çevriləcək:
 
"Bu xidmət imkan verəcək ki, abunəçi hesabından müxtəlif ödənişlər etsin. Hazırda "Bakcell"in "Elektron pul kisəsi xidməti" üzərində hazırlıq işləri aparılır. Güman edirik ki, bu xidməti 2019-cu ilin aprel ayında abunəçilərin istifadəsinə veriləcək".
 
F. Allahverdiyeva bildirib ki, abunəçilər "Elektron pul kisəsi" xidmətinə qoşulan abunəçi balansını istənilən şəkildə artıra biləcək:
 
""Elektron pul kisəsi" bank kartına çox oxşardır. Bank kartı ilə həyata keçirilə bilinəcək əməliyyatlar elektron kisə vasitəsilə edilə bilər. Bura hesabın istənilən valyutada saxlanılması, hesabın əməliyyat tarixçəsi, hesaba pul keçirilmə və çıxarılması, mobil telefon hesabının ödənişləri, müxtəlif TV, internet və sair daxildir".