Metronun iki yeni stansiyası istismara verilə bilər - İlin sonunda
08 Noyabr, 16:20   |    Baxış sayı: 55

Metronun iki yeni stansiyası istismara verilə bilər - İlin sonunda

Hazırda metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Bunu"Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: "Qısa müddətdə "Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”. //Trend