“Lukoil” yanacaqdoldurma məntəqəsində benzin oğurluğu: 20 manat əvəzinə... (FOTO)

“Lukoil” yanacaqdoldurma məntəqəsində benzin oğurluğu: 20 manat əvəzinə... (FOTO)

"Lukoil” yacacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı şikayətlər artmaqdadır.


EkoNews bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılmış məlumat və fotofakt geniş müzakirələrə səbəb olub. Nicat Hacızadə adlı istifadəçinin həmin statusunu qısa düzəlişlə diqqətinizə çatdırırıq:

"Yaxın oturun, həvəsiniz varsa oxuyun! Gördüyünüz nədir? Əhməd Rəcəbli küçəsində yerləşən Lukoil yanacaqdoldurma məntəqəsidir.

1 ay öncə bu məntəqədən maşın üçün benzin aldığımda 20 manatlıq sifarişdən cəmi 15 manatlıq benzin vurdular avtomobilə. Üstü açılandan sonra isə "müəllim, sistem səhvidir, 5 manat da əlavə edirik”, dedilər.

Bu gün bir daha getdim, həm də unutmuşam, benzin 0-a düşürdü. Yenidən 20 manatlıq yanacaq sifariş etdim, lövhəni görmürdüm, nə olar olmaz deyə düşdüm baxdım.

Görüntü bu şəkildədir. Maşından düşəndən sonra işçi lövhəyə baxmayım deyə məni söhbətə tutdu. Gördüyüm zaman isə "nə üçün belə bir yola əl atırsınız?” deyə etirazımı bildirdim. Yanacaqdoldurma məntəqəsinin əməkdaşı 20 manat verdiyim halda heç nə olmayıbmış kimi "15 manat deyildi?” sualını səsləndirəndə üzünə tüpürmək üçün özümü güclə saxladım. Daha sonra soldakı lövhəyə 5 manat da əlavə etdilər. Aparatın şəklini çəkəndə isə "müəllim çəkməyin, səhv etmişik" dedi”. 

Qarşı tərəfi dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq. /Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR