Krallığın neft obyektlərinə edilən hücumlar neft hasilatını azaldıb

Krallığın neft obyektlərinə edilən hücumlar neft hasilatını azaldıb

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman bildirib ki, krallığın neft obyektlərinə edilən hücumlar nəticəsində neft hasilatı 50% azalıb.

EkoNews "Report"a istinadən xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, partlayışlar 5,7 mln. barel həcmində xam neft nəqlinin dayandırılmasına gətirib çıxarıb. O, qeyd edib ki, itkilərin bir hissəsi ehtiyat anbarlarda mövcud olan neftin hesabına qarşılanacaq.

Həmçinin bildirilib ki, hücum nəticəsində təxminən 2 mlrd. kubmetr səmt qazın istehsalı da dayandırılıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR