Kraliçanın qızı şərab taciri ilə evləndi
12 Oktyabr, 17:35   |    Baxış sayı: 52

Kraliçanın qızı şərab taciri ilə evləndi

Böyük Britaniya kraliçası II Elizabetin qız nəvəsi, 28 yaşlı York şahzadəsi Eugeni çoxdandır yaxın olduğu 31 yaşlı şərab taciri Cek Bruksbankla ailə qurub.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, nikah mərasimi Vindsor qəsrində keçirilib.

Britaniya taxt-tacının vərəsəlik növbəsində doqquzuncu olan Eugeni indiki kraliçanın ortancıl oğlu şahzadə Endrü ilə York hersoqları nəslinin təmsilçisi Sara Fergüsonun (hazırda nikahda deyillər) kiçik qızlarıdır. Gənclər hələ 2011-ci ildə İsveçrənin Verbye qış kurortunda tanış olublar.

Qeyd edək ki, bu il mayın 19-da həmin tarixi məkanda kraliçanın nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da nikah mərasimi keçirilmişdi.
, 28 yaşlı York şahzadəsi Eugeni çoxdandır yaxın olduğu 31 yaşlı şərab taciri Cek Bruksbankla ailə qurub.

EkoNews xəbər verir ki, nikah mərasimi Vindsor qəsrində keçirilib. Britaniya taxt-tacının vərəsəlik növbəsində doqquzuncu olan Eugeni indiki kraliçanın ortancıl oğlu şahzadə Endrü ilə York hersoqları nəslinin təmsilçisi Sara Fergüsonun (hazırda nikahda deyillər) kiçik qızlarıdır.
 
Qeyd edək ki, bu il mayın 19-da həmin tarixi məkanda kraliçanın nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da nikah mərasimi keçirilmişdi.